Jurnalist Azər İsrafilov üçüncü dəfə  həbs olundu
27 fevral 2025 17:20 (UTC +04:00)

Jurnalist Azər İsrafilov üçüncü dəfə həbs olundu

Bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.

Lent.az "Oxu.Az"a istinadən xəbər verir ki, jurnalist Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı həbs qətimkan tədbiri haqqında qərara görə həbs edilib.

Məlumata görə, Azər İsrafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.

Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.

Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.

Xatırladaq ki, Azər İsrafilov 2014 və 2017-ci illərdə dələduzluq etdiyinə görə iki dəfə həbsdə olub. O, sonuncu dəfə həbs olunarkən ATV televiziyasının "Xəbərlər departamentinin əməkdaşı olub. 2007-2010-cu illərdə ANS-də çalışan jurnalist daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar