İmicini  dəyişdi:   Kriştiano Ronaldonun sevgilisi  zərif obrazını   nümayiş etdirdi
27 fevral 2025 19:11 (UTC +04:00)

İmicini dəyişdi: Kriştiano Ronaldonun sevgilisi zərif obrazını nümayiş etdirdi

31 yaşlı model və influencer Corcina Rodriqes fiqurunu nümayiş etdirən dar geyimləri sevir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, buna görə də ulduzun “Instagram”da nümayiş etdirdiyi yeni görünüşü fanatlarını təəccübləndirib.

Corcina “Chanel”dən klassik qara tüvit paltar geyib, bunu fransız brendindən dəbli kiçik çanta və qırmızı "yırtıcı" manikürlə tamamlayıb.

O, saçlarını da düz ortadan ayıraraq yeni tərzdə düzəldib.

Şərhlərdə onun izləyiciləri Rodriqesin çox zərif göründüyünü qeyd ediblər.

Corcina portuqaliyalı futbolçu Kriştiano Ronaldonun sevgilisidir (bəzi söz-söhbətlərə görə, artıq həyat yoldaşıdır). Birlikdə beş uşaq böyüdürlər, onlardan ikisi - qızları Alana Martina və Bella Esmeralda - bioloji anadır. 

İdmançının 7 yaşlı əkizləri Eva və Mateo surroqat ana tərəfindən dünyaya gəlib, lakin onun böyük oğlu, 14 yaşlı kiçik Kriştianonun anası haqqında heç nə məlum deyil. Bütün böyük ailə Kriştianonun “Əl-Nəsr” futbol klubunda oynadığı Səudiyyə Ərəbistanında yaşayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar