Dövlətə xəyanət etmiş Akif Bağırovun MƏHKƏMƏSİ BAŞLADI
27 fevral 2025 16:46 (UTC +04:00)

Dövlətə xəyanət etmiş Akif Bağırovun MƏHKƏMƏSİ BAŞLADI

Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 13-nə təyin edilib.

Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaiti göndərməkdə ittiham edildiyi bildirilir.

Akif Bağırov vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1480

Oxşar yazılar

Masallıda qəza oldu, yaralı var  -FOTOLENT

Masallıda qəza oldu, yaralı var -FOTOLENT

1 iyun 2025 , 19:57
Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

Kəlbəcərdə traktor minaya düşdü, yaralı var

1 iyun 2025 , 19:55
Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

1 iyun 2025 , 18:07
Balakəndə maşınlar toqquşdu,  yaralılar var

Balakəndə maşınlar toqquşdu, yaralılar var

1 iyun 2025 , 17:58
Qaxda 74 yaşlı piyada maşının altında qaldı

Qaxda 74 yaşlı piyada maşının altında qaldı

1 iyun 2025 , 17:13
Ucarda AĞIR QƏZA:  YARALILAR var

Ucarda AĞIR QƏZA: YARALILAR var

1 iyun 2025 , 10:58
Ucarda elektrik yarımstansiyasında YANĞIN  -FOTOLENT  - VİDEO  -YENİLƏNİB

Ucarda elektrik yarımstansiyasında YANĞIN -FOTOLENT - VİDEO -YENİLƏNİB

1 iyun 2025 , 09:45
Bakıda arvadını döyərək öldürən  ər saxlanıldı

Bakıda arvadını döyərək öldürən ər saxlanıldı

1 iyun 2025 , 01:57