Azərbaycanda ilk dəfə unikal cərrahi əməliyyat icra olunub
20 dekabr 2012 18:42 (UTC +04:00)

Azərbaycanda ilk dəfə unikal cərrahi əməliyyat icra olunub

Bu gün Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat icra olunub. Ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Əməliyyatı ürək-damar cərrahı tibb elmləri namizədi Dr. Rəşad Mahmudov rəhbərliyi altında invaziv kardioloq tibb elmləri namizədi Dr. Şahin Xəlilov tərəfindən həyata keçirilib.

 

Tam əriyən stent (scaffold) Abbot Vascular (ABŞ) şirkəti tərəfindən icad edilib. Aparılan tədqiqatlar bu yeni stentlərin metalik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut edib.

 

 

Scaffold bir adi metallic stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir. 2 il müddətində isə scaffold tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir. Scaffold implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir. Tibb sahəsindəki aparıcı mütəxəssislərin hesablamalarına görə tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.

 

Anar Məcidzadə

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1679

Oxşar yazılar