Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı
31 may 2013 13:41 (UTC +04:00)

Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr dəfələrlə artırıldı

Lent.az-ın verdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişik barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılır.

“Hazırda bu cərimələr 20-45 manat miqdarındadır. Dəyişikliklər qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması ilə bağlı həyata keçirilir. Yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur (hazırda 5-20 manatdır). Bu cərimələr, həmçinin ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də tətbiq olunacaq”, deyə o, bildirib.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar