Azərbaycanda ali məktəb tələbələri tibbi müayinədən keçirilib
20 dekabr 2012 16:07 (UTC +04:00)

Azərbaycanda ali məktəb tələbələri tibbi müayinədən keçirilib

 

Azərbaycanda ali məktəb tələbələri və eyni zamanda, AMEA-nın bir qrup əməkdaşı “Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində tibbi müayinədən keçirilib. Bu barədə Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib: “Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə həkim briqadaları Bakı Dövlət Universiteti, Slavyan Universiteti və Dillər Universitetinin tələbələrini müayinədən keçirib. Bir neçə ali məktəbin tələbələri də tibbi müayinədən keçiriləcək. Təbii ki, biz bütün ali məktəblərinin tələblərini müayinədən keçirə bilmərik. Ancaq adıçəkilən aylıq çərçivəsində digər ali təhsil müəssisələrinin tələbələri yaşadıqları ərazidə tibb müayinədən keçə bilərlər”.

 

Mətbuat katibi vurğulayıb ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları da  müayinə olunub.

 

“Sabah 20 gün ərzində ölkəmizdə tibb müayinədən keçən vətəndaşların statistikası ictimaiyyətə açıqlanacaq”-deyə, A. Qədirli əlavə edib.

 

Qeyd edək ki, “Sağlam həyat uğrunda” devizi altında sağlamlıq aylığı çərçivəsində bu günə kimi 1 milyondan artıq insan müayinə olunub.

 

Anar Məcidzadə

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar