Avtomobillərin texniki baxışdan keçirilməsi bahalaşır
18 dekabr 2012 17:08 (UTC +04:00)

Avtomobillərin texniki baxışdan keçirilməsi bahalaşır

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün nəzərdə tutulan rüsumlar da artırılır

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən  iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, layihədə nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin artırılmasını nəzərdə tutur.


Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün nəzərdə tutulan rüsum 5 manatdan 10 manata qaldırılacaq. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün rüsum 10 manatdan 20 manata qaldırılacaq.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur. Sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur. Qanuna edilən yeni əlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib.
 

Qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1640
avatar

Oxşar yazılar