Amerikalı həmsədr: “Mən bütün tərəfləri dinləmək üçün burdayam”
10 sentyabr 2013 12:14 (UTC +04:00)

Amerikalı həmsədr: “Mən bütün tərəfləri dinləmək üçün burdayam”

Mən hesab edirəm ki, bölgədə sülh və inkişafın yolunu tapmaq lazımdır”.APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

Həmsədr bildirib ki, Minsk Qrupu və onun həmsədrlərinin, Azərbaycan, Ermənistan və digər bölgə ölkələrinin bərabər çalışaraq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi addımları atmalarının vaxtı çatıb.

 

Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb-tanımadığı barədə jurnalistlərin sualını diplomat belə cavablandırıb: “Mən bütün tərəfləri dinləmək və situasiyanı daha yaxşı anlamaq üçün buraya gəlmişəm. Keçmişlə əlaqədar deyil, gələcəyə baxmaq və münaqişəni həll etmək üçün buradayam”.    

 

C. Uorlik rusiyalı və fransalı həmkarları ilə birlikdə işə başlamağı səbirsizliklə gözlədiyini söyləyərək öz fəaliyyətini realizm və praqmatizm əsasında həyata keçirəcəyini və hər iki tərəfin həll yolunu tapması üçün çalışacağını vurğulayıb: “Bu münaqişə 20 ildən çoxdur davam edir, bir çox insan problemin həllinə kömək etmək istəyib. Ümid edirəm ki, bütün tərəflər davamlı sülhün əldə edilməsinin onların marağına uyğun olduğunu artıq dərk edir”. 

Qeyd edək ki, bu, C. Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Azərbaycana və bölgəyə ilk səfəridir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34