Abel Məhərrəmov La Sapienza universitetinin prorektoru ilə görüşüb
31 may 2013 14:02 (UTC +04:00)

Abel Məhərrəmov La Sapienza universitetinin prorektoru ilə görüşüb

BDU-nun rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin prorektoru Antonello Biaginini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovu və İtaliya Araşdırmalar mərkəzinin nümayəndə heyətini qəbul edib. İtaliya elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etməyinə hazır olduğunu qeyd edən rektor Abel Məhərrəmov, qonaqlara BDU haqqında məlumat verib, onun bir çox xarici proqram və qrant üzrə işlədiyini və universitetin Boloniya prosesinə qoşulduğunu qeyd edib. Bildirib ki, bu sistemin əsas məqsədi universitetlər arasında inteqrasiyanı gücləndirməkdir. Bu baxımdan ölkədə çoxlu islahatların həyata keçirildiyini, bu mühiti Azərbaycan universitetlərinə gətirmək üçün xaricə tələbələrin göndərildiyini də qonaqların nəzərinə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar