XXI əsr BTİM-də “Son zəng”
31 may 2013 12:26 (UTC +04:00)

XXI əsr BTİM-də “Son zəng”

Bu gün XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya  Mərkəzində “Son zəng” olub. Lent.az-ın məlumatına görə, tədbirdə ilk olaraq Mərkəzin tərkibində fəaliyyət göstərən məktəbin direktoru Limunət Kərimova çıxış edib. Direktor vurğulayıb ki, bizim şagirdlərin hamısı həm ölkəmizdəki, həm də xaricdəki ali məktəblərə yüksək balla daxil olurlar. Onu da deyib ki, bu il 11-ci sinfi 12 nəfər, 9-cu sinfi isə 30 nəfər bitirir.

 

Mərkəzin vitse-prezidenti Səbinə Qaraşova şagirdlərə uğurlar arzulayaraq, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya  Mərkəzi barədə məlumat verib. O, qeyd edib ki, Mərkəz 2001-ci ildə təsis edilib: “XXI əsr BTİM-in nəzdində uşaq bağçası, məktəbəhazırlıq şöbəsi və orta məktəb fəaliyyət göstərir. Bu gün burada 500 şagird təhsil alır. Bağçaya uşaqlar 3 yaşından, məktəbəhazırlıq şöbəsinə isə  5 yaşından qəbul edilirlər. Bizim şagirdlər Beyəlxalq “İntellekt” Olimpiadasının iştirakçılarıdırlar.

Sonra müəllimlər Minəvvər Məmmədova, Sevda Abıyeva çıxış edərək şagirdlərə uğurlar arzulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108

Oxşar yazılar