Güclü şimal-qərb küləyi əsəcək - <span style="color:red;">SABAH
20 avqust 2015 12:56 (UTC +04:00)

Güclü şimal-qərb küləyi əsəcək - SABAH

Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 26-31 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar