
Vəkil olmaq istəyənlər imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Lent.az-a DİM-dən bildirilib.
Verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər: İmtahanın keçiriləcəyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahan nəticəsində ümumi balı 60 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.
Oxşar yazılar

Sabah çimərliklərdə neçə dərəcə isti olacaq?
22 avqust 2025 , 15:00
Niyə avtomobilə premium benzin vurmamalısınız? - Ekspertlərin İZAHI
22 avqust 2025 , 14:31
37 dərəcə isti olacaq - Sabahın HAVASI
22 avqust 2025 , 12:16
Rus məktəblərində tarix fənni Azərbaycan dilində keçiriləcək
22 avqust 2025 , 12:14
Saxta profillə sosial şəbəkədə təhqir edənlərin cəzası nədir? - CAVAB
22 avqust 2025 , 11:36
Qırğızıstanda Azərbaycan dili dərsləri keçiriləcək - VAKANSİYA VAR
22 avqust 2025 , 11:21
Anemiyanın qarşısını necə almaq olar? – Həkim DANIŞIR
22 avqust 2025 , 11:06