“Onun yeri həmişə görünəcək”  XATİRƏ
09 sentyabr 2013 18:59 (UTC +04:00)

“Onun yeri həmişə görünəcək” XATİRƏ

Bu gün Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın qurucularından olan Sirus Təbrizlinin vəfatından 3 gün ötür. Lent.az-ın əməkdaşı mərhumun Təzə-Pir məscidində keçirilən yas mərasimində olub.

 

Mərasimə tanınmış mədəniyyət xadimləri, ziyalılar, siyasət adamları qatılmışdılar. Onların arasında AMİP lideri Etibar Məmmədov, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev, akademik Akif Musayev, vəkil Aslan İsmayılov, Milli Məclisin deputatı Mirkazım Kazımov, sabiq millət vəkilləri, S. Təbrizlinin yaxın silahdaşları olan Xeyrəddin Qoca, Alqış Həsənoğlu və digərləri  də vardı.

 

S. Təbrizlinin vəfatı hər kəsi kədərləndirmişdi. Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, əslən Yardımlı rayonundan olan Mirağa Ağazadə mərhumla bağlı xatirələrini bölüşərək bildirdi ki, Təbrizli millətini sevən şəxsiyyətlərdən olub: “O, Azadlıq Hərəkatının önündə gedənlərdən olub. Sirus müəllim Azərbaycanı daima azad görmək istəyirdi. Bu istəyinə çatdı da”.

 

M. Ağazadə onu da qeyd edib ki, S. Təbrizli daima öz mənliyini, səmimiyyətini qoruyub, saxlayan şəxsiyyət olub: “Bəzən elə şəxsiyyətlər olur ki, vəzifəyə təyin olunduqdan sonra hətta tanıdığı insanlara belə salam vermir. Lakin Sirus müəllim istər vəzifədə olduğu zamanlar, istərsə də ondan sonrakı dövrdə tanıdığı bütün insanlarla hal-əhval tutur, onlarla ünsiyyət yaradırdı. Təəssüf ki, aramızdan tez getdi”.

 

Yas mərasimində iştirak edən rejissor Ənvər Əbluc Lent.az əməkdaşı ilə söhbətində ilk öncə mərhumla tanışlığından danışdı: “Mirzə İbrahimovla bağlı film çəkilirdi. Həmin filmin də ssenarisini Sirus Təbrizli yazmışdı. Bizim tanışlığımız da ordan başladı”.

 

Ə. Əblucun sözlərinə görə, sonralar meydan hərəkatı başlayanda S. Təbrizli onu mitinqlərdə fəal iştirak etməyə çağırıb: “Yadımdadır, bir gün S. Təbrizli mənə zəng edib dedi ki, Ənvər, niyə meydana gəlmirsən? Gəl, Azadlıq Hərəkatında sən də iştirak et. Mən də onun sözünə əməl edib meydana getdim. Sirus müəllim bir dəfə meydanda çıxış edib bildirdi ki, Bakıdakı Lenin muzeyi bağlanmalıdır. Meydanda çoxları onun bu fikrini dəstəklədilər. Onu demək istəyirəm ki, o, vətənini canı qədər istəyirdi. Canı qədər sevdiyi vətənin azad olması üçün daim çarpışırdı. Allah rəhmət eləsin, onun yeri həmişə görünəcək”.    

 

Günortadan xeyli keçsə də, yas mərasimə gələnlərin ardı-arası kəsilmirdi.

 

Xatırladaq ki, S. Təbrizlinin 40 mərasimi oktyabrın 16-da olacaq.   

 

 

S. Təbrizli  1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. YAP-ın sədr müavini, Milli Məclisin üzvü olub. 

II Fəxri Xiyabanda, dostu Anar Məmmədxanovun məzarının yanında dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34