“Neftçilər”də etiraz aksiyası - YENİLƏNİB
08 aprel 2013 13:47 (UTC +04:00)

“Neftçilər”də etiraz aksiyası - YENİLƏNİB

“Neftçilər” metrosunun yaxınlığında bir qrup şikayətçi etiraz aksiyası keçirir. ANS PRESS-in verdiyi məlumata görə, onlar Nizami rayonu Qara Qarayev prospekti “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Lombard” mağazası sahibinin vətəndaşların xeyli miqdarda əmanətini mənimsəyərk aradan çıxmasına etiraz edirlər.

Şikayətçilərin ANS PRESS-ə verdiyi məlumata görə, dəqiq adı məlum olmayan və Mamed kimi tanınan həmin şəxs müxtəlif insanlara məxsus xeyli miqdarda pulu və əmlakı mənimsəyərək yoxa çıxıb.

“Neftçilər” metrosu yaxınlığına 20-30 nəfər adamın toplaşdığı bildilrir. Şikayətçilər bununla bağlı Nizami rayon 24-cü polis idarəsinə müraciət etsələr də, şikayətə baxılmadığını deyirlər. 

Bununla bağlı Nizami rayonu 24-cü polis bölməsindən onlara rəsmi müraciət olunduğunu təsdiq etdilər. Polis bölməsindən faktla bağlı araşdırma aparıldığını dedilər.

 

24-cü Polis Bölməsindən Lent.az-a bildirilib ki, şikayətçilərin bəzilərinin şikayət əraziləri toplanıb. Hazırda 102 xidmətinə müraciət edənlərin və ya rəsmi müraciət etməmişşəxslərin də sənədlri toplanır və araşdırmalar davam etdirilir.

# 1534
avatar

Oxşar yazılar