“Magistr” in 3-cü sayı nəşr olundu
04 aprel 2013 17:02 (UTC +04:00)

“Magistr” in 3-cü sayı nəşr olundu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub.  "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" yer alıb. Cədvəl əsasında bakalavrlar bitirdikləri bakalavr ixtisasına uyğun gələn magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və  ixtisaslaşmaların seçimi üçün tələb edilən minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticədən asılı olaraq  öz istəyinə uyğun gələnləri seçməli  və   imtahanın ikinci mərhələsinə hazırlaşmalıdırlar.  

Bütün bakalavrlar  56 saylı proqrama aid olan MBA üzrə ixtisaslaşmaları və ya 22 saylı proqrama aid olan Turizm işi ixtisaslaşmasını, təhsil,  humanitar  və sosial  ixtisaslar qrupundan başqa qalan bütün ixtisasları bitirən bakalavrlar 19 saylı proqrama aid olan Tempus layihəsi üzrə ixtisaslaşmaları seçə bilərlər. 

2013-2014-cü tədric ili üçün magistraturaya qəbulda bəzi bakalavrların   proqram daxilində ixtisaslaşma seçimi genişləndirilib.

# 1070

Oxşar yazılar