“Azəriqaz”: qaz çəkilişi davam edir
11 aprel 2013 16:21 (UTC +04:00)

“Azəriqaz”: qaz çəkilişi davam edir

“Azəriqaz” İstehsalat Birliyi istehlakçıların təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Cari ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb. Yanvar-mart aylarında  45279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35625-i regionların, 9654-ü isə Bakı şəhərinin payına düşüb. 

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173794 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 117206-sı “smart-kart” tipli sayğacdır. Birinci rübdə 2938,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

# 780

Oxşar yazılar