“APA Holding”in prezidenti Xəzər Universitetində təlimin qonağı olub
20 dekabr 2012 15:27 (UTC +04:00)

“APA Holding”in prezidenti Xəzər Universitetində təlimin qonağı olub

 

Bu gün “APA Holding”in prezidenti Vüsalə Mahirqızı Xəzər Universitetində “Kütləvi informasiya prosesində xəbər agentliklərinin rolu” mövzusunda keçirilən təlimin qonağı olub.

 

 

 

APA-nın xəbərinə görə, universitetin Jurnalistika Departamentinin hazırladığı təlimdə çıxış edən müəllim Vəfalı Bilaloğlu Ənsər tələbələrin jurnalistikanın iş prinsipləri, xəbərin hazırlanması metodları ilə bağlı bu sahədə çalışanlardan, təcrübəli mütəxəssislərdən öyrənmələrinə önəm verdiklərini, bunun üçün də mütəmadi təlimlər təşkil etdiklərini deyib.

 

APA Holding”lə bağlı tanıtım filminə baxıldıqdan sonra Vüsalə Mahirqızı xəbər agentliklərinin informasiya bazarındakı yeri və funksiyaları barədə danışıb.

 

Holdinq rəhbəri konkret misallarla dünya və Azərbaycan xəbər məkanındakı real vəziyyəti təhlil edib. O, həmçinin xəbər agentliklərinin ölkənin informasiya təhlükəsizliyindəki rolu, iş prinsipləri barədə də məlumat verib. 

 

Daha sonra Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Oxşar yazılar