“Abad həyət” layihəsi çərçivəsində daha 2 bina təmir olunub
18 dekabr 2012 19:28 (UTC +04:00)

“Abad həyət” layihəsi çərçivəsində daha 2 bina təmir olunub

Səbail rayonunun Badamdar qəsəbəsində «Abad həyət» layihəsi çərçivəsində 15 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Neftçilər döngəsi 7 ünvandakı həyət təmir olunaraq istifadəyə verilib. Burada həyətin təmiri ilə yanaşı, rayon İcra Hakimiyyəti tərəfindən Neftçilər döngəsi 7 ünvanda yerləşən və bir-birinə paralel olan 2 binanın da əsaslı təmiri aparılaraq başa çatdırılıb. Neftçilərin yaşadığı və 50 il əvvəl tikilmiş binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2000 kvadrat metr üzlük çəkilmiş, həyət tərəfdə binanın bloklarda yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılıb. Hər iki binanın giriş hissəsi və pilləkənlər təmir olunub, daş düzülüb, yeni tutacaqlar qurulub. Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilib, əlavə artırmalar sökülüb, eyvanlar lambirlə üzlənib, taxtadan dekorativ bəzək vurulub.

 

Qeyd edək ki, “Abad həyət” layihəsi çərçivəsində binaların və həyətlərin təmiri davam etdirilir.

 

# 622
avatar

Oxşar yazılar