Azərbaycan təmsilçiləri “Avroviziya-2024"də mübarizəni dayandırdı-YENİLƏNİB
08 may 2024 01:30 (UTC +04:00)

Azərbaycan təmsilçiləri “Avroviziya-2024"də mübarizəni dayandırdı-YENİLƏNİB

Azərbaycan “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.

Lent.az xəbər verir ki, çıxışlardan sonra səsvermə keçirilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov mübarizəni dayandırıblar.

Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri isə finala adlayıblar.

***

Saat 00:32

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.

Lent.az xəbər verir ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.

Onlar səhnədə 12-ci nömrə ilə çıxış ediblər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.

# 3843
avatar

Oxşar yazılar