Xəbər verdiyimiz kimi ötən gün oteldə Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində 4 nəfərin zəhərlənib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan iki nəfər kişi cinsli şəxsin müalicələri reanimasiya şəraitində davam etdirilir. Onların vəziyyətləri ağır stabil qiymətləndirilir.