Mən heç vaxt iki məğlubiyyətli  bir mövsüm keçirməmişəm - Ançelotti
07 may 2024 18:39 (UTC +04:00)

Mən heç vaxt iki məğlubiyyətli bir mövsüm keçirməmişəm - Ançelotti

İspaniyanın yeni çempionu "Reald"ın baş məşqçisi Karlo Ançelotti komandasının futbolçularının bu mövsümdəki əməyini yüksək qiymətləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, italiyalı mütəxəssis deyib ki, əvvəllər heç vaxt iki məğlubiyyətli mövsüm keçirməyib: “Bu seriyanı davam etdirmək istəyirik.

Komanda çox yaxşı çıxış edir, futbolçular böyük fədakarlıqla oynayırlar. Bu mövsümün uğurunda hər kəsin böyük əməyi var.

Biz final mərhələsinə gəldik və böyük istəklə qalib gəlmək istəyirik”, - Ançelotti deyib.


 

# 5841
avatar

Oxşar yazılar