Yeni pivə kraliçasının  adı məlum oldu
19 may 2024 09:37 (UTC +04:00)

Yeni pivə kraliçasının adı məlum oldu

Almaniyada Bavariya Pivəçilər Assosiasiyası yeni pivə kraliçasını seçib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu titul Bavariya ştatının Ensdorf şəhərindən olan 22 yaşlı Linnea Kleeyə verilib. Finalda o, dörd rəqibini məğlub etdi.

Klee təkcə pivə içmir, həm də hazırlayır: atası ona pivəçi olmağı məsləhət görüb. Bundan əlavə, qız futbol oynayır. O, yerli həvəskar komandanın yarımmüdafiəçisidir. O, bu mövsüm hələ bir qol vura bilməyib.

Qız alman, ingilis və fransız dillərini bilir, həmçinin səlis fin dilində danışır: anası Finlandiyadandır. Video müraciətində Klee 16 yaşından bəri Bavariyanın pivə kraliçası olmaq arzusunda olduğunu etiraf edib. Onun üçün bu içki azadlıqla əlaqələndirilir. Ən çox sevdiyi pivə növü buğda pivəsidir.

Bavariya Pivəçilər Assosiasiyası 15 ildir ki, pivə kraliçasını seçir. Qalib münsiflər heyəti və onlayn səsvermə yolu ilə müəyyən edilir. Pivə növlərini və dəmləmə prosesini başa düşən hər hansı bir qız bir il ərzində titul qazana bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar