Qadın ən aşağı notu oxumaqla  rekordçu   oldu
07 may 2024 19:45 (UTC +04:00)

Qadın ən aşağı notu oxumaqla rekordçu oldu

Kanadalı müğənni Coy Çapman ən aşağı notlarda belə oxuduğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Qeyd edək ki, qadınlar kişilərdən fərqli olaraq bəm notlarda çətinliklə ifa edirlər. Buna qadınların boğaz və səs tellərinin quruluşu imkan vermir.

Lent.az-ın xəbərinə görə, Çapmanın uğur qazandığı vaxt 52 yaşı olub.

Uşaqlıqdan kilsə və məktəb xorlarında oxumuş, sonralar kantri musiqisi istiqamətini seçən müğənni qeyri-adi rekorda görə yeni ləqəblər qazanıb. İndi onu “Aşağı səsli” və Bass Kraliçası adlandırırlar.

Çapmanın dediyinə görə, o, həmişə geniş diapazona malik olub, bunun sayəsində hətta sırf kişilər üçün yazılmış mahnıları ifa edə bilib. 

Çapman əvvəllər də rekord vurmağa çalışsa da, mikrofon onun alçaq səsini qeydə ala bilmədiyi üçün nəticə tanınmayıb.  

Lakin müğənni təslim olmayıb, o müvafiq tezlikləri aşkar etməyə müvəffəq olan daha həssas avadanlıqdan istifadə  edərək, adını Ginnesin Rekordlar Kitabına yazdıra bilib.

Mütəxəssislər qarşısında Çapman əvvəlki rekorddan tam oktava aşağı olan C1 notunu vurub. Bu not 33,57 Hz-ə bərabərdir - Çapmanın çıxardığı səs ayı  donqultusuna bənzəyirdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3763

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29