9-cu mərtəbədən yıxılıb sağ qaldı
08 may 2024 11:55 (UTC +04:00)

9-cu mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Moskva şəhərində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Fomiçeva küçəsində baş verib. 

Şagirdin yaxınlıqdakı küçədə yaşadığı müəyyən edilib. Onun niyə bu evdə qalması və hansı şəraitdə eniş pəncərəsindən düşdüyü polis tərəfindən müəyyən edilir. 

Zərərçəkmiş qarın nahiyəsindən ağır xəsarətlər və ayağının sınığı ilə xəstəxanaya çatdırılıb.

# 1752
avatar

Oxşar yazılar