
6 minə yaxın abonentin problemi HƏLL OLUNDU
Təqribən bir həftə öncə Sabunçu rayonunun Sabunçu qəsəbəsində 6 minə yaxın abonentin qaz təchizatında yaranan problem barədə məlumat yaymışdıq.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəsəbə yaxınlığındakı bataqlıq ərazidən keçən qaz kəmərinə birləşmiş sənaye müəssisənin xətlərində korroziya baş vermiş və həmin zədəli hissələrdən daxil olan su kəmərə dolmuşdu. Baxmayaraq ki, gün ərzində 12 tondan çox su ərazidən çəkilərək çıxarılmışdı, lakin bu heç də problemin həllinə köməklik göstərmədi. Müvəqqəti olaraq sakinlərin qaz təchizatı alternativ xətlə təmin edildi. Su dolan kəmərin isə yenisi ilə əvəz olunması qərara alındı.
Beləliklə, artıq təqribən 1000 metr uzunluğunda 315 mm diametrində olan polietilen kəmər hazırdır və bu gündən istifadəyə veriləcək. Bununla da 6 minə yaxın abonenti əhatə edən Sabunçu qəsəbəsinin Q.Vəzirov, Natəvan, S.Aydınbəyov, İ.Əfəndiyev, Musabəyov, M.Qasımov küçələrində, eləcə də bir neçə çoxmərtəbəli binada qaz təchizatı normal şəkildə təmin olunacaq.
Onu da qeyd edək ki, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün səhər saat 10:00-dan qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Oxşar yazılar

Dörd BÜRCÜ bu həftə böyük uğur gözləyir
26 fevral 2025 , 00:15
Lənkəranda bu axşam hər süfrəyə mütləq su qoyulur - VİDEO
25 fevral 2025 , 22:46
Hər kəsin həssas yeri XOCALI: "Ana harayı" abidəsinin ətrafından təsirli görüntülər - REPORTAJ
25 fevral 2025 , 18:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
25 fevral 2025 , 17:29
Küləklə bağlı XƏBƏRDARLIQ
25 fevral 2025 , 17:17
Aramsız qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
25 fevral 2025 , 16:23
Qarlı havada partlayan borular, qaz sızması... Nəyə diqqət etməliyik?
25 fevral 2025 , 15:05