Nikaha daxil olmaq istəyən 45 nəfərdə İİV aşkarlandı
04 noyabr 2015 14:34 (UTC +04:00)

Nikaha daxil olmaq istəyən 45 nəfərdə İİV aşkarlandı

“Nikaha daxil olmaq istəyən 63 800 nəfərin 4213-nin talassemiya daşıyıcısı olması üzə çıxıb”.

Bu barədə Lent.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Z. Əlimirzəyevanın sözlərinə görə, cari ilin son 5 ayı ərzində ( iyunun 1-dən bu günə kimi) ümumilikdə nikaha daxil olmaq istəyən 63800 nəfər tibbi müayinədən keçib: “ Həmin şəxslərdən 4213 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Müayinə zamanı 32 cütlükdə, cütlüklərin hər ikisində talassemiya olduğu məlum olub”.

Z.Əlimirzəyeva onu da qeyd edib ki, müayinədən keçən şəxslərdən 45 nəfərdə İİV infeksiyası, 161 nəfərdə isə siflis qeydə alınıb.

İnfeksiya aşkarlanmış şəxslərin yenidən müayinəsinin vacibliyini vurğulayan Z. Əlimirzəyeva deyib ki, onlar barəsində məlumat QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib.

 

Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək  davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA

14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək

Bakının bu rayonunun işığı kəsiləcək

14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan  4 BÜRC: Sonra çox gec olacaq

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq

14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı

13 may 2025 , 19:59
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 19:07