
İki rayonda çox sayda abonent qazsız qaldı - SƏBƏB
İstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində 2 rayonda qaz təchizatına məhdudiyyət qoyulub.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1 300 abonentin qaz təminatı dayandırılıb.
Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb.
“Azəriqaz” İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.
Oxşar yazılar

Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20
BÜRCLƏRİN bu həftə üçün şanslı tarixləri
9 iyun 2025 , 09:09