Xaricdən gətirilən dondurulmuş toyuq əti yararsız çıxdı
15 mart 2021 11:07 (UTC +04:00)

Xaricdən gətirilən dondurulmuş toyuq əti yararsız çıxdı

Qida Təhlükəsizliyi Agentliyi “Caspian Catering Supply” Məhdud Məsuliyyətli Cəmiyyətin Belarusdan ölkəmizə idxal etdiyi 70 kiloqram dondurulmuş toyuq ətinə Agentliyin müfəttişləri  baxış keçirib. 

Agentlikdən Lent.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Nigar Adil

Oxşar yazılar