Vilayət Eyvazov bu rayonun  DYP rəisini   dəyişdi
14 iyul 2022 20:43 (UTC +04:00)

Vilayət Eyvazov bu rayonun DYP rəisini dəyişdi

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verrir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Müşviq Əliyev təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi çalışıb.

Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.

# 5433
avatar

Oxşar yazılar