"Vasmoy" bazarın aqibəti necə olacaq? - RƏSMİ CAVAB
01 dekabr 2023 10:30 (UTC +04:00)

"Vasmoy" bazarın aqibəti necə olacaq? - RƏSMİ CAVAB

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir.

Lent.az xəbər verir ki, bunu "iqtisadiyyat.az"a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir  və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC-nin ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7380
avatar

Oxşar yazılar