Torpaq payından əldə olunan gəlirlər hesablanır? – CAVAB
14 oktyabr 2024 13:29 (UTC +04:00)

Torpaq payından əldə olunan gəlirlər hesablanır? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu məhkumların pensiya alması ilə bağlıdır.

Torpaq payından əldə olunan gəlirlər hesablanır? 

Lent.az xəbər verir ki, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.

Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir.

Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Həyətyanı torpaq sahəsindən əldə olunan gəlir hesablanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş normalardan artıq sahələr nəzərə alınır.

Bu zaman normadan artıq sahədən əldə olunan gəlir ailənin torpaq payı olduqda həmin pay üzrə ən aşağı keyfiyyət qrupunun, torpaq payı olmadıqda isə müvafiq rayon üzrə torpağın ən aşağı keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin normadan artıq sahəyə vurulması yolu ilə hesablanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7176
avatar

Fidan İlqar

Oxşar yazılar