Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova
19 fevral 2021 17:28 (UTC +04:00)

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova

Tələbəni təhqir edən direktor barədə nazirlik araşdırmalara başladı-VİDEO-YENİLƏNİB

Xəbər verdiyimiz kimi ötən gün sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ADMİU-dan Lent.az-a verilən məlumata görə, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb:

"Kollec direktorundan izahat alınıb. Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".

***

Saat: 14:04

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

Lent.az xəbər verir ki, distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Direktorun tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Xəbər yenilənəcək.

 

Bakı Humanitar Kollecinin direktoru tələbəsini təhqir edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11451
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar