Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin NƏZƏRİNƏ
11 iyun 2021 09:41 (UTC +04:00)

Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin NƏZƏRİNƏ

İyunun 11-də https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu başa çatır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müraciətlərin qəbulu bu gün saat 23:59-dək aktiv olacaq.

Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar