Taksi işlətmək üçün  bu qədər pul tələb olunur
05 aprel 2024 13:19 (UTC +04:00)

Taksi işlətmək üçün bu qədər pul tələb olunur

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11298
avatar

Oxşar yazılar