Şuşada çoxlu tunellər aşkarlandı
23 may 2023 14:42 (UTC +04:00)

Şuşada çoxlu tunellər aşkarlandı

“Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb”.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar:

"Mütəxəssislərimiz onların mahiyyətini, dövrünü araşdırıblar. Biz bütün digər məsələlərlə bağlı məlumatı yəqin ki, 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik".

# 2127
avatar

Oxşar yazılar