“Sun” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival təşkil etdi®
03 iyun 2022 10:35 (UTC +04:00)

“Sun” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival təşkil etdi®

Daim uşaqları diqqət mərkəzində saxlayan, sosial məsuliyyət layihələri ilə tanınan və sloqanlarından biri “Gələcək sağlam olsun” olan “Sun” markası 1 iyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival təşkil etdi. Festival Xətai rayonu icra hakimiyyətinin dəstəyi ilə 30, 31 may və 1 iyun tarixlərində paytaxtımızın müasir və ən gözəl parklarının biri olan Gənclik parkında həyata keçirildi. 3 gün davam edən "Gələcək sağlam olsun" festivalında uşaqlar üçün bol əyləncəli və bir-birindən maraqlı hədiyyəli yarışmalar nəzərdə tutulmuşdu. 3 mindən çox uşağın iştirak etdiyi festivalda uşaqları əyləndirmək və unudulmaz anlar yaşatmaq üçün müxtəlif yarışmalar, rəqslər, kloun, kiçik teatr səhnəcikləri, üz boyama və uşaqların şəkil çəkdirmələri üçün maraqlı fotozon və s. həyata keçirildi və gigiyena önəmi ilə bağlı məlumatlar verildi.

Bununla bərabəra “Sun” markası bu gözəl bayramı çox özəl bir şəkildə şəhidlərimizin əmanəti olan onların övladları ilə birlikdə də qeyd etdi. Nərgiz fondunun həyata keçirdiyi tədbirdə şəhid övladları müxtəlif əyləncəli oyunlar, üz boyama və s tipli fəaliyyətlərdə iştirak etdilər.

Azərbaycanın ilk gigiyenik kağız markası və 20 ildən artıqdır süfrələrin əvəzolunmazı olan “Sun” markası “Gələcək sağlam olsun” sloqanı ilə gələcəkdə də uşaqlar üçün xüsusi sosial layihələrini davam etdirəcək.

# 1665
avatar

Oxşar yazılar

 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16