Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.
Bu barədə Lent.az-a Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran 450 mm diametrli su kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq, oktyabrın 28-də saat 9:00-dan 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Qızılqum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayonda 72, 73, 74, 75 ünvanlarında suyun verilişinin dayandırılması nəzərdə tutulub.