SOS:  Azərbaycanda uşaqlar arasında təhlükəli virus yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 11:40 (UTC +04:00)

SOS: Azərbaycanda uşaqlar arasında təhlükəli virus yayılır - HƏKİMDƏN AÇIQLAMA

Son günlər uşaqlar və yeniyetmələr arasında yüksək hərarət, qusma, halsızlıqla müşahidə olunan virus yayılıb. Hətta bəzən hərarət qıcolmaya da səbəb olur.

Bəs görəsən, yayılmış xəstəlik nədir? Onu COVID-lə əlaqələndirmək olarmı?

Pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, bu şikayətlərlə daxil olanlar arasında COVID testi pozitiv çıxan xəstələr var:

“Yüksək hərahət fonunda qusma, halsızlıq, ishal kimi şikayətlərlə müraciət edənlərin sayı çoxalıb. Həmin xəstələrin yarısında COVID testi pozitif olanlar var. Digərlərində isə mədə-bağırsağın virusu infeksiyası ilə rastlaşırıq. Bu isə yay mövsümü ilə əlaqədardır. Havalar isindiyi üçün mədə-bağırsaq, eləcə də virus infeksiyalarının aktivləşdiyi dövrüdür. Hər il bu mövsümdə bu kimi hallarla rastlaşırıq. 6 yaşa qədər uşaqlarda 37 dərəcə hərarətdə belə, qıcolmalar olur. Bu, hərarətin yüksəlməsi ilə hər fəsildə yarana bilir”.

Şəlalə Poluxova xəstəlikdən qorunmağın yollarından da bəhs edib:

“Xəstəlikdən qorunmaq üçün əlləri tez-tez yumaq, gigyena qaydalarına əməl etmək, sıxlıq olan məkanlardan uzaqlaşmaq və açıq ərazilərdə vaxt keçirmək əsas şərtlərdəndir. Bunlarla yanaşı sağlam qidalara üstünlük vermək, günəş şüasında və təbiətdə vaxt keçirmək də xəstəliklərin minimuma enməsinə kömək edir.

Risk qrupları

Xəstəliyə daha tez yoluxanlar immum sistemi zəif və peyvəndsiz uşaqlardır. Rotavirus kimi tanınan xəstəlik də, mədə-bağırsaq infeksiyasıdır. Ondan qorummaq üçün 2 və 4 aylıq körpələr damcı şəkildə peyvənd olunurlar. Pevənd edilmiş uşaqlar ya rotavirus infeksiyasına yoluxmurlar, ya da yüngül şəkildə ötürürürlər, lakin peyvəndisiz uşaqlar şiddətli qusma, yüksək hərarətlə üzləşirlər. Bu virusda gün ərzində ard-arda 20-yə qədər qusma müşahidə olunur və ishalla davam edir. Ən dəhşətlisi ilə körpələrin yoluxmasıdır. Onlar ən ağır keçirən qrupa aiddirlər".

"Evdə səhv müalicə metodu ilə ağırlaşmış formada müraciət edənlər var", - deyə həkim bildirib:

"COVID infeksiyasına yoluxanların sayı da bu aralar çoxdur, lakin onlar daha çox tənəffüsyolu şikayətləri ilə müraciət edirlər. COVID daha çox qripə bənzəyir. Bəzən heç burunaxma da olmur, davamlı öskürəklər müşahidə olunur. Xəstəliklə bağlı həkimə müraciət etməyən valideynlər evdə səhv müalicə metodunu seçir, özbaşına antibiotik müalicəsi edirlər, yarımçıq dayandırırlar və s. Nəticədə uşaq daha da ağırlaşır və pnevmoniya (ağciyərə su yığılması) ilə nəticələnir. Son zamanlar təəssüf ki, bu kimi ağırlaşmış halla müraciət edənlərin sayı da heç də az deyil. Valideynlərə məsləhətimiz odur ki, özbaşına uşağa dərman müalicəsi tətbiq etməsinlər. Uşaqda narahatlıqlar müşahidə olunursa, mütləq həkimə müraciət etsinlər. Çünki antibiotiklər öz-özünə qəbul edilən pereparat deyil, üstəlik onu yarımçıq saxlamaq daha risklidir. Təəssüf ki, bu kimi arzuolunmmaz hallar hələ də var". 

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi bir müddət əvvəl Azərbaycanda COVID-in "Omikron" ştamının yayıldığını təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2024

Oxşar yazılar