Şərurda  ölmüş heyvan əti   satmaq istədilər
11 mart 2025 17:59 (UTC +04:00)

Şərurda ölmüş heyvan əti satmaq istədilər

Şərurda yararsız ət aşkarlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kq iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.

Orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.

Şərurda  ölmüş heyvan ətinin satılmasının qarşısı alınıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar