Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirildi
23 sentyabr 2022 19:02 (UTC +04:00)

Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirildi

"Bu gün təşkil olunan görüş "Açıq mikrofon" aksiyası çərçivəsində ümumilikdə sayca 155-ci, sahibkarlarla isə 40-cı görüşümüzdür. Məqsədimiz sahibkarların problemini yerindəcə dinləmək və SOCAR "Azəriqaz" İstehsalat Birliyinin səlahiyyətləri çərçivəsində mövcud problem və təkliflərinizin həlli istiqamətində sizə köməklik etməkdən ibarətdir."

Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq mikrofon" aksiyası çərçivəsində Şəmkir şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan sahibkarların müraciətləri əsasən istehlak etdikləri təbii qazın həcminə görə yaranan debitor borcun hissə-hissə ödənişini təmin etməklə istixanalara təbii qazın verilməsi ilə bağlı olub. Aksiyaya Tovuz rayonunun Alakol kəndindən üz tutan sahibkarlıq subyekti Vüqar İsmayılov qaz xəttinin yerinin dəyişdirilməsini (əlavə qapı keçidinin quraşdırılmasını) xahiş edib. Rəşad Cavadov daxil olan müraciətlərin araşdırılmasına dair lazımi tapşırıq verib. 

Görüşdə baş direktorun müavini ilə birgə Şəmkir Şəhər İcra hakimiyyətinin başçısının müavini Süleyman Zeynallı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, həmçinin SOCAR "Azəriqaz" İB-nin digər məsul şəxsləri iştirak ediblər.

# 1212
avatar

Oxşar yazılar

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

2 dekabr 2022 , 09:45
5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

2 dekabr 2022 , 08:22
Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

2 dekabr 2022 , 00:30
"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

1 dekabr 2022 , 18:11
Əlisa Nicat

Əlisa Nicatın mənzilinin istilik problemi həll edildi

1 dekabr 2022 , 14:10
Şagirdlərdən ETİRAZ: "DONURUQ"

Şagirdlərdən ETİRAZ: "DONURUQ"

1 dekabr 2022 , 14:04
Deputatdan ŞOK AÇIQLAMA: Dərmanlar gizlədilir,  yüksək qiymətə   satılır

Deputatdan ŞOK AÇIQLAMA: Dərmanlar gizlədilir, yüksək qiymətə satılır

1 dekabr 2022 , 13:34
Bakıya 1 həftə güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıya 1 həftə güclü yağış yağacaq - XƏBƏRDARLIQ

1 dekabr 2022 , 13:30