Səhvən aldığı lotereya bileti kişiyə sərvət  gətirdi
04 iyun 2023 19:38 (UTC +04:00)

Səhvən aldığı lotereya bileti kişiyə sərvət gətirdi

Amerikalı kişi səhvən lotereya bileti alıb və cekpot udu.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Merilend ştatının 40 yaşlı sakini 20 dollarlıq cəmi bir bilet almağı planlaşdırdığını, lakin təsadüfən iki bilet aldığını bildirib. Tezliklə səhvən aldığı biletin uduşlu olduğunu öyrənib və ona sərvət gətirib. Amerikalı 50 min dollar qazanıb.

Qalib bildirib ki, pulu borclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.

# 9780
avatar

Oxşar yazılar