Şəhid Qorxmaz İsgəndərov dəfn edildi
16 sentyabr 2022 17:14 (UTC +04:00)

Şəhid Qorxmaz İsgəndərov dəfn edildi

Laçından olan şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi keçirilib.

Lent.az-ın APA-ia istinadla xəbərinə görə, laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində təşkil olunan mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Daha sonra şəhid Qorxmaz İsgəndərov həmin ərazidə salınmış məzarlıqda dəfn olunub.

Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayon Sadınlı kənd sakinidir. O, dövlət sərhədinin Kəlbəcər rayon ərazisində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1014
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08