Səfərbərlikdən qayıdan 2700-dən çox döyüşçü nazirliyə müraciət etdi
19 yanvar 2021 12:08 (UTC +04:00)

Səfərbərlikdən qayıdan 2700-dən çox döyüşçü nazirliyə müraciət etdi

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Mehman Nəbiyev

Oxşar yazılar