Sahara səhrasına misli görünməmiş leysan yağdı:  Turistlər həlak oldu
09 oktyabr 2024 19:01 (UTC +04:00)

Sahara səhrasına misli görünməmiş leysan yağdı: Turistlər həlak oldu

Görünməmiş leysan yağışları dünyanın ən böyük isti səhrası Saharanı vurub, yerli sakinlər və turistlər ölüb və enerji obyektlərinə ziyan dəyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, güclü yağışlar Şimali Afrikanın səhra ərazilərini vurub. Nəticədə Mərakeşin cənub-şərqində yerləşən kiçik Merzuqa yaşayış məntəqəsinə ziyan dəyib. Qeyd olunur ki, bu ərazidə güclü yağışlardan sonra qurumuş landşaftda əsl göllər əmələ gəlib.

"Səhralarda ənənəvi olaraq ən az yağış yağır – Saharada orta yağıntı ildə kvadrat metrə təxminən 45 litrdir. Eyni zamanda, rəsmi məlumatlara görə, yalnız sentyabrın əvvəlində bu səhranın bəzi bölgələrində kvadrat metrə 99 litr yağış yağdı", - xəbərdə vurğulanır.

Mərakeş və Əlcəzairdə baş verən daşqınlar Kanada və Perudan olan turistlər də daxil olmaqla, iyirmiyə yaxın insanın həyatına son qoyub. Dağıdıcı fəlakət enerji infrastrukturuna və su təchizatı sistemlərinə də xeyli ziyan vurub, bir sıra fermerlər məhsullarını itirib.

Mərakeş Baş Meteorologiya İdarəsinin nümayəndəsi Hussin Youabebin sözlərinə görə, bu qədər qısa müddət ərzində bu qədər böyük miqdarda yağıntı burada əlli il ərzində müşahidə olunmayıb.

Qeyd edilir ki, son vaxtlara qədər Mərakeşdə şiddətli quraqlıq hökm sürüb, buna görə fermerlər əkin sahələrini becərmədən tərk etməli olublar, şəhər və kəndlərdə sudan istifadəyə məhdudiyyətlər qoyulub. Bəzi ekspertlərin fikrincə, indi güclü yağışlar yerli sakinlərin istifadə etdiyi yeraltı su ehtiyatlarını artıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5112
avatar

Oxşar yazılar