Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO
02 dekabr 2022 00:30 (UTC +04:00)

Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

“Biz SOCAR “Azəriqaz” İstehsalat Birliyinin  rəhbərliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Açıq mikrofon” aksiyası çərçivəsində sizləri dinləmək, qaz təminatı ilə bağlı yaranan problemlərinizin həllinə yerindəcə köməklik göstərmək və sizin müraciətlərinizi Birliyin rəhbər şəxslərinə çatdırmaq üçün buradayıq". 

Lent.az xəbər verir ki, bu sözləri Salyan rayonu, Təzəkənd kəndində sahibkarlarla keçirilən görüş zamanı Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib.

KOBİA nümayəndəsi Ayaz Əbdülov aksiyada iştirak etmələrinin əsas məqsədinin sahibkarların problemlərini dinləmək və onların yerli kommunal xidmətlərə qoşulmalarına köməklik göstərmək olduğunu vurğulayıb.

Aksiyada iştirak edən sahibkarlardan Əhmədov İlqar, Əliyev Qəzənfər, Ağamalıyev Teymur və digərləri istifadələrində olan istixanalar üzrə yaranmış debitor borcun ödənilməsində onlara güzəşt edilməsini xahiş ediblər. 

Sahibkarlarla yanaşı, vətəndaşlar da aksiyaya maraq göstəriblər. Belə ki, Quyçu kənd sakini Nəsibə Qəfərova mənzilinin qazlaşdırılmasına köməklik göstərilməsini istəyib.

Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin iştirak etdiyi aksiyada bütün müraciətlər qeydiyyata alınıb.
 

# 876
avatar

Oxşar yazılar

Azərbaycanda 5 nəfər   valideynlik hüququndan məhrum edilir

Azərbaycanda 5 nəfər valideynlik hüququndan məhrum edilir

27 yanvar 2023 , 11:07
Ali məktəblərə qəbul üçün keçiriləcək sınaq imtahanının tarixi açıqlandı

Ali məktəblərə qəbul üçün keçiriləcək sınaq imtahanının tarixi açıqlandı

27 yanvar 2023 , 10:40
Bu gündən məktəblərdə qış tətili BAŞLADI

Bu gündən məktəblərdə qış tətili BAŞLADI

27 yanvar 2023 , 09:24
Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29