Şagirdin iddia olunan səs yazısı araşdırılır
25 fevral 2024 13:35 (UTC +04:00)

Şagirdin iddia olunan səs yazısı araşdırılır

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Lent.az-a verilən xəbərə görə, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:

"Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq"

Xatırladaq ki, bu gün Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin digər bir məktəblinin qeyri-etik şəkillərini yaymaqla bağlı şantaj ehtiva edən səs yazısı yayılıb.

# 6318
avatar

Oxşar yazılar