Şabran və İsmayıllıdakı  YANĞINLAR SÖNDÜRÜLDÜ
31 avqust 2022 13:50 (UTC +04:00)

Şabran və İsmayıllıdakı YANĞINLAR SÖNDÜRÜLDÜ

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.

Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

***

FHN-dən verilən digər məlumata görə, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.

# 1092
avatar

Oxşar yazılar

Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56