Sabah iki rayonun qazı kəsiləcək
22 oktyabr 2024 18:26 (UTC +04:00)

Sabah iki rayonun qazı kəsiləcək

Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən xəbər verilib.

Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun səkkiz kəndi, iki qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.

Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) "Qaz İxrac" İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən "CAKA-80" tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, bir ədəd RDO50/100 markalı qaztənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatının "Qarasu" QPS-dən qidalanan "Qarasu əhali" ölçü qovşağından dayandırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19431
avatar

Oxşar yazılar