Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU
22 dekabr 2023 12:12 (UTC +04:00)

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 747 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50% olacaq.

Azərbaycanın rayonlarında

Havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.

# 103860
avatar

Oxşar yazılar