Alimlər xəbərdarlıq edir: sabah Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək, o, K-indeksi 6-ya çatacaq, bu da insanlar üçün potensial təhlükə yaradır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qasırğa insanların özünü pis hiss etməsinə və elektronikanın nasazlığına səbəb ola bilər.
Ötən həftəsonu güclü maqnit qasırğasından sonra maqnitosfer praktiki olaraq sakit deyildi. Artıq üç gündür ki, orta səviyyəli qasırğaya uyğun gələn K-indeksi 4 olan maqnit qasırğası müşahidə olunur.
Dekabrın 9-da isə NOAA, TESIS peyk sistemləri və dünya üzrə beynəlxalq meteoroloji laboratoriyaların məlumatına görə, maqnit qasırğası güclü qırmızı səviyyəli qasırğaya uyğun gələn K-indeksi 6-ya çatacaq. Bazar günü qasırğa səngiyəcək.